ANAMA 18 minatəmizləyən maşın aldı

Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb.

Axar.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb edilib.