Rüşvət iddiası: BDU bu müəllimi işdən qovdu

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sədaqət Əhmədova ilə əmək müqaviləsinə xitam verilib.

Bu barədə BDU-dan məlumat yayılıb.

Qeyd edək ki, bundan öncə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri müəllim Sədaqət Əhmədovanın onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsdiyini iddia etmiş və müəllimin səs yazısını yaymışdılar.