Türk ölkəsində çörək ikiqat bahalaşdı

Özbəkistanda buğdanın qiyməti 70% bahalaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik”in Özbəkistan bölməsi məlumat yayıb.

Rəsmilər bahalaşmanın səbəbini bu məhsula artan tələbatla əsaslandırıblar.

Qeyd edək ki, Özbəkistanda yerli sortlardan olan buğdanın bir kilosu 1600 sum (24 qəpik) idisə, iyunun 1-dən 2800 suma (42 qəpik) yüksəlib. Artıq paytaxt Daşkənddə çörək dünənlə müqayisədə iki dəfə baha qiymətə satılır. Respublikanın Maliyyə Nazirliyinin departament rəisi Tulkin Mirzayev qiymət artımı ilə bağlı bildirib ki, bu, Ukraynadakı gərgin vəziyyətlə bağlıdır və müvəqqəti xarakter daşıyır.