Xaçmaz rayonunda kütləvi dava olub.
Report xəbər verir ki, hadisə Xaçmaz şəhərinə yaxın, “Ət kombinatı” adlanan ərazidə baş verib.
Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.
Hadisə zamanı 8 nəfər birləşərək iki qardaşı – 1989-cu il təvəllüdlü Tural Yaşar oğlu Yaqubovu və onun qardaşı Anar Yaşar oğlu Yaqubovu döyüblər.
Xəsarət alan iki qardaş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.