Parlamentin növbəti iclasının vaxtı bəlli oldu

Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib.

İclas may ayının 27-nə planlaşdırılır. Plenar iclasın gündəliyi barədə yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. May ayı ərzində artıq 2 plenar iclas baş tutub.