Şərqi Zəngəzura MDB-nin ən böyük tuneliylə gedəcəyik – VİDEO

Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa olunan və tikintisi yekunlaşmaq üzrə olan Murovdağ tuneli MDB məkanında uzunluğuna görə birinci, Avropada beşinci, dünyada isə 18-ci yerdə qərarlaşıb.

Tunelin ümumi uzunluğu 11,7 kilometrdir. Layihəyə əsasən, 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq bu yeraltı keçid vasitəsilə Göygöldən Kəlbəcərə təhlükəsiz və rahat keçid təmin olunacaq.

AzTV Xəbər komandası hazırda tikintisi davam edən nəhəng infrastruktur obyektindən birbaşa bağlantı təqdim edib.