Sənəd qəbulu BAŞLADI

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb.

Zafer Tv xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada  portal.edu.az vasitəsilə həyata keçirilir.

Qəbul iyunun 2-də başa çatacaq.