Ərdoğan Xocalı qurbanlarını yad etdi

Türkiyə prezidenti Rəcəb Tayyib prezident Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciələrin xatirəsini yad edib.

Musavat.com xəbər verir ki, bu haqda Türkiyə lideri öz sosial media hesabında paylaşım edib.

“Acısını heç vaxt unutmayacağımız, hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə qardaş Azərbaycan xalqına başsağlığı verirəm”,- paylaşımda qeyd olunub.