Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) böyük sammiti öncəsi təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katiblərinin birgə toplantısı keçirilir.
Qazaxıstan KİV-lərinə əsaslanaraq Musavat.com xəbər verir ki, tədbirlər zamanı sülhməramlı əməliyyatlar, kadr hazırlığı və elmi araşdırmalar kimi mövzularda 30-dan çox məsələ müzakirə olunacaq.
Xatırladaq ki, bu gün Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası baş tutacaq. Sammitdə təşkilatda üzvlüyünü dondurmuş Ermənistanın istisna olmaqla, digər üzv dövlətlərin liderləri iştirak edəcək. İclas əvvəlcə məhdud, daha sonra isə geniş formatda davam edəcək.