Ermənistan XİN: Moskvada Bayramovla Mirzoyanın görüşü planlaşdırılmır

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılmayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüş nəzərdə tutulmayıb”, – o bildirib.

Qeyd edək ki, Moskvada MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində bu gün Birliyin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.