İsraildən DƏHŞƏTLİ ZƏRBƏ: HƏMAS-ın komandanlıq mərkəzləri…

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhəri yaxınlığındakı Şühəda əl-Əksa xəstəxanasının ərazisində Fələstinin HƏMAS hərəkatının komanda mərkəzlərinə hücum edib.

“Report”un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər yayıb.

“İsrail Hərbi Hava Qüvvələri Deyr əl-Bələh bölgəsindəki Şuhada əl-Əksa xəstəxanasının ərazisində yerləşən komanda-nəzarət mərkəzlərində fəaliyyət göstərən HƏMAS terrorçularına qarşı dəqiq zərbələr endirib. Bu komanda-nəzarət mərkəzləri İsrail Müdafiə Qüvvələrinə və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırın və həyata keçirib”, – açıqlamada deyilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.