Slot “Liverpul”un tarixinə düşdü

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot “qırmızılar”ın tarixinə düşüb.

Rekord Premyer Liqanın 7-ci turunda “Kristal Pelas” üzərində qələbə sayəsində reallaşıb.

“Squawka”nın məlumatına görə, niderlandlı mütəxəssis “Liverpul” tarixində ilk baş məşqçi olub ki, komanda onun rəhbərliyi altında mövsümün ilk on matçında doqquz qələbə qazanıb. (fanat.az)