Bəzi rayonlara dolu düşüb – FAKTİKİ HAVA

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi rayonlara yağış, dolu düşüb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax rayonunun Alpout, Dəmirçilər, Ürkməzli, Çaylı, Ortasalahlı, Aşağısalahlı və Qazaxbəyli, Daşsalahlı kəndlərinə qısamüddətli yağış yağıb, dolu düşüb, dolunun diametri təxminən 10-15 mm olub.