Ronaldo: “Karyeramı başa vurduqdan sonra…”

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra hansı hissləri keçirəcəyindən bəhs edib.

İdman.biz xəbər verir ki, ulduz futbolçu bu barədə “YouTube” kanalında yayımlanan verilişdə danışıb.

O, fikirlərini bir cümlə ilə ifadə edib: “Karyeramı başa vurduqdan sonra, düşünürəm ki, qol vurduğum an yaşadığım adrenalin üçün daha çox darıxacağam”.

Qeyd edək ki, Kriştiano 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm portuqaliyalı 5 matçda iştirak edib və 4 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.