XİN-dən Aİ-yə ÇAĞIRIŞ – Azərbaycanın daxili işlərinə müdaxilələr…

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.

Zafer Tv xəbər verir ki, bu barədə XİN rəsmisi “X”də yazıb.

“Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq”, – o qeyd edib.