Ermənistanın baş naziri Nikol Paşinyanın xalq arasında reytinqi getdikcə aşağı düşür.
Zafer Tv Newscenter.az-a istinadən bildirir ki, bu ilin əvvəlində ölkədə keçirilən rəy sorğularının nəticələri belə deyir.
Belə ki, “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin Ermənistanda keçirdiyi son rəy sorğusunun nəticəsinə görə, “baş nazir Nikol Paşinyana nə dərəcədə etibar edirsiniz” sualına respondentlərin 15,1%-i “tam etibar edirəm” cavabını verib. Halbuki 2023-cü ilin noyabrında keçirilən sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana tam etibar etdiyini bildirmişdi.
Əgər keçən il 18,6 faiz Paşinyana güvənmədiyini deyirdisə, bu il bu rəqəm 28,3 faiz təşkil edib.
Respondentlərin 38,1 faizi isə Nikol Paşinyana ümumiyyətlə inanmadığını bildirib.