Putinin daha bir rəqibi namizədliyini geri çəkdi

Rusiya Azadlıq və Ədalət Partiyasının sədri Andrey Boqdanov prezidentlik yarışından geri çəkilmək qərarı verib.

Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev deyib.

N.Bulayev bildirib ki, Boqdanov bu gün MSK-ya seçkilərdən çəkildiyi ilə bağlı ərizə təqdim edib.

Qeyd edək ki, ötən gün Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin də prezidentliyə namizədliyini geri götürüb.

Rusiyada prezident seçkiləri 15-17 martda keçiriləcək.