İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.
Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlirza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq.
Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.