Paşinyan Qaribaşvili ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

Zafer Tv xəbər verir ki, bu barədə N.Paşinyan X-də yazıb.

O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər.

Hökumət başçıları, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, N.Paşinyan Gürcüstanda işgüzar səfərdədir.(axar.az)