Ötən gün Azərbaycanda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.
Zafer Tv xəbər verir ki, sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb.
Görüntülər bir çox insanın marağına səbəb olub.