Macarıstan xarici işlər naziri Peter Siyarto Ermənistana səfərə gəlib.
Zafer Tv xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Ermənistan və Macarıstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb, daha sonra geniş tərkibdə görüş keçiriləcək. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər”, – məlumatda qeyd olunub.