Qanlı hadisə: Kişi iki qonşunu qətlə yetirib

İki nəfərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Aktual.ge yerli mətbuata istinadən xəbərə verir ki, qanlı hadisə bu gün səhər saatlarında Qurcaani Bələdiyyəsinin Veliskixe kəndində qeydə alınıb.

Məlumata görə, bir nəfər odlu silahla iki qonşunu qətlə yetirib.

Qətlin təfərrüatları bu mərhələdə məlum deyil, lakin yerli əhalinin dediyinə görə, hadisədən əvvəl qarşılıqlı mübahisə baş verib.

Polis hadisə yerinə səfərbər olunub