Astanada Suriya üzrə növbəti görüş keçiriləcək

Suriya üzrə iyirminci yüksək səviyyəli görüş 20-21 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyəni görüşlərdə xarici işlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi qurumlararası nümayəndə heyəti təmsil edəcək.