Pakistanda güclü partlayış – 13 ölü, 50 yaralı

Pakistanın şimal-qərbində yerləşən Svat vadisinin terrorla mübarizə idarəsində güclü partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan polisinə istinadən məlumat yayıb.

Terrorla mübarizə idarəsinin silah-sursat anbarında baş verən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Polis döyüş sursatlarının “çox güman ki, elektrik qısaqapanması səbəbindən alovlandığını” bildirib. Hələlik kənardan hücuma dair heç bir dəlil müəyyən edilməyib.