Səudiyyə diplomatlarını Əfqanıstandan çıxardı

Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edərək ölkəyə qayıdıblar.

Bu barədə əfqan mətbuatı məlumat yayıb.

Məlumata görə, fevralın 1-də Əfqanıstanın “Kam Air” aviaşirkəti Səudiyyə səfirliyinin əməkdaşlarını Kabidən Ər Riyada aparıb.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşlarının ölkəni tərk etməsinə səbəb Talibanın onlara öz vəzifələrini yerinə yetirməyə icazə verməməsi olub.