Rusiya xarici işlər nazirinin MDB məsələləri üzrə müavini dəyişib.
Bu barədə RİA məlumat yayıb.
Məlumata görə, Andrey Rudenkonun əvəzinə bu məsələlərlə Rusiyanın Yaponiyadakı keçmiş səfiri Mixail Qaluzin məşğul olacaq:
“Xarici işlər nazirinin müavini Andrey Rudenko Asiya, Mixail Qaluzin (Rusiyanın Yaponiyadakı keçmiş səfiri) isə MDB istiqamətinə rəhbərlik edəcək”.