Meydana girən azarkeşin İranla bağlı mesajı – Foto

DÇ-2022-nin ikinci turu çərçivəsində keçirilən Portuqaliya – Uruqvay matçında (2:0) meydana azarkeş girib.

Azarkeş LGBT bayrağı ilə meydana çıxıb.

Onun köynəyinin önündə “Ukraynanı xilas edin”, arxasında isə “İran qadınlarına hörmət” yazısı olub.

Həmin şəxs təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq meydandan çıxarılıb.