AK Ukraynaya 2,5 milyard yardım ayırır

Avropa Komissiyası Avropa Birliyi adından Ukraynaya 2,5 milyard avro məbləğində növbəti makromaliyyə yardımı tranşı ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis öz Tvitter səhifəsində məlumat yayıb.

“Bu gün 2,5 milyard avro məbləğində makromaliyyə yardımının növbəti tranşı həyata keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın əvvəlində Dombrovskis Avropa Birliyinin Ukraynaya bu ay əvvəlcədən razılaşdırılmış 2,5 milyard avro, gələn ay isə daha 0,5 milyard avro makromaliyyə yardımı göstərmək niyyətində olduğunu bildirmişdi.