İran dövlətinin Azərbaycan dövləti ərazisində terrorçu birliklər yaratması, onu maliyyələşdirməsi üstündən sakitliklə keçiləsi, sərhəddə təlim keçib: “bunun kimsəyə yönəlməyib”- deyilməsi ilə yola veriləsi fakt deyil.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, Azərbaycan dövləti açıq mətnlə İran dövlətindən bunun hesabını soruşmalı, dünya ictimaiyyətini buna qarşı reaksiya verməyə çağırmalıdlr:
“Azərbaycan hakimiyyətinin İran dövlətinin bu fəaliyyətinə qarşı çəkingən davranışını qəbuledilməz hesab edir, rəsmi şəkildə İran dövlətinə Nota verilməsini tələb edirik. İranın bu fəaliyyəti Azərbaycan dövlətinə qarşı təcavüz kimi qiymətləndirilməli, dövlətin müstəqilliyinə və dini dəyərlərinə zərbə hesab edilməlidir.
İran dövləti cavab almadıqca getdikcə daha da azğınlaşır. İran rejimi adının böyüklüyünü fars mollalarının fəaliyyəti hesab edir, amma bilmir ki, İran dövləti böyüklüyünü bu coğrafiyanın min illərdən çox sahibi olmuş Türk fatehlərinin adının böyüklüyündən götürür. Fars şah və mollalarının son yüz ildə İranın dövlət kimi böyüklüyünə ancaq xələl gətirdiyi, onun böyüklüyünə yaraşmayan işlərlə məşğul olduğu, müsəlman dünyasını böldüyü, dinə aid olmayan hərəkətlər etdiyi görünür. Bu, fars mollalarının İran adlı ərazidə tarixi Türk idarəçilərinin yaratdığı böyüklüyünə layiq olmadığını və tarixin səhnəsindən biabırçılıqla getməli olduğunun bir daha sübutudur. Fars mollaları bu böyüklüyü qaldıra bilmədilər!”