Koronavirusa yoluxma halları 17 faiz azalıb – ÜST

Son bir həftə ərzində dünyada 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq pasiyent koronavirusdan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, bundan öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 17 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.

Qeyd edək ki, noyabrın 1-dək koronavirusa yoluxanların sayı 627 573 579 nəfərə, ölənlərin sayı isə 6 570 363 nəfərə yüksəlib.