ABŞ bombardmançılarını bu ölkəyə göndərir

ABŞ altı ədəd B-52 bombardmançı təyyarəsini Avstraliyaya yerləşdirməyə hazırlaşır.

Bu barədə Avstraliyanın ABC telekanalı məlumat verib.

Məlumata görə, Vaşinqton Darvin şəhərinin cənubundakı Tindal aviabazasının yaxınlığında obyektlər tikməyi planlaşdırır.

ABŞ Hərbi Hava Qüvvələri aviabazanın 2026-cı ilin sonunda tamamlanacağını qeyd edib.