Musiqi və incəsənət məktəblərindəki müəllimlərin attestasiyası aparılacaq.
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, musiqi və incəsənət məktəblərində şagirdlərin qəbulunda da yeni sistem üçün hazırlıqlar aparılır:
“Eyni zamanda, musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin iki mərhələli attestasiyası da aparılacaq. Bu ilin sonuna kimi attestasiyanın birinci mərhələnin keçirilməsi planlaşdırılır”.