Tunis sahilində 15 miqrantın cəsədi tapıldı

Tunisin sahil mühafizəsi bölmələri ölkə sahillərində 15 miqrantın cəsədini aşkar edib.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, cəsədlər Mahdia, Əş-Şabba və Salakta sahillərində tapılıb.

Ölənlər müxtəlif Afrika ölkələrindən olan miqrantlardır. Hüquq-mühafizə orqanları onların şəxsiyyətini dəqiqləşdirir.