Cənubi azərbaycanlı fəal Yusif Kari İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Ötən gün axşam saatlarında iş yerində həbs edilən fəalın nədə ittiham olunduğu və hara aparıldığı bilinmir.