Rus xalqı Putinin müharibəsini istəmir – ABŞ

Rusiya sərhədlərinə insanların axını, ölkəni tərk etmək istəmələri, həmçinin Rusiya şəhərlərində etiraz aksiyaları əhalinin Putinin Ukraynaya qarşı müharibəsini dəstəkləmədiyini göstərir.

Bu barədə Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.

“Rusiyada gördüyümüz odur ki, ruslar bu müharibəni istəmədiklərini, Putinin müharibəsini dəstəkləmədiklərini deyirlər”, – sözçü bildirib.

O vurğulayıb ki, Ukraynada amansız müharibəni bir nəfər – Prezident Putin başladıb və yalnız o, savaşı dayandıra bilər.