Rusiyada məktəbdə dəhşət: Şagirdlər güllələndi…

Rusiyanın İjevsk şəhərindəki 88 saylı orta məktəbdə atışma baş verib.

Bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, naməlum şəxs öncə məktəbin mühafizəçisini güllələyib. Daha sonra məktəbə daxil olaraq məktəblilərə atəş açmağa başlayıb.

Yaralıların olduğu bildirilir.