Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyətlər qoyuldu

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara məhdudiyyət rejimi 2022-ci il oktyabrın 2-dək uzadılıb”, – deyə məlumatda bildirilir.

Uçuşlara qoyulan müvəqqəti məhdudiyyət Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarını əhatə edir.

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.