G20-dən daha yaxşı vəziyyətdəyik – Putin

Rusiya büdcəsinin vəziyyəti G20 ölkələrindən daha yaxşıdır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətinin və BRİKS ölkələrindəki dostlarımızın iqtisadiyyatından xeyli yaxşıdır ”, – o deyib.

Putinin sözlərinə görə, Rusiyada əsas iqtisadi göstəricilərin aylıq dinamikası tədricən sabitləşməni və artım trayektoriyasına çıxışı nümayiş etdirir.