Rusiya Rumıniya diplomatını ölkədən qovdu

Rusiya Rumıniya səfirliyinin əməkdaşını persona non qrata elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sentyabrın 8-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Konstantin İoniçe Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsinə dair nota təqdim edilib”, – məlumatda deyilib.

Nazirlikdən bildirilib ki, bu addım Rumıniyanın ötən ay Rusiya səfirliyinin əməkdaşını ölkədən qovmasına cavab olaraq atılıb.