Ukraynadan rus ordusuna ölümcül zərbə – Yüzlərlə hərbçi məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın itkilərinin statistikasını yeniləyib. Son sutka ərzində Ukrayna müdafiə qüvvələri 500-ə yaxın rus hərbçisini məhv ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fevralın 24-dən sentyabrın 7-ə qədər Rusiyanın Ukraynadakı ümumi döyüş itkiləri təxminən belədir:

Canlı qüvvə – 50 610 (+460) nəfər

Tank – 2097 (+20) ədəd

Zirehli döyüş texnikası – 4520 (+36) ədəd

Artilleriya sistemi – 1194 (+15) ədəd

Yaylım atəş sistemi – 300 (+4) ədəd

Hava hücumundan müdafiə vasitəsi – 156 ədəd

Təyyarə – 237 (+1) ədəd

 

Helikopter – 208 (+1) ədəd

PUA – 880 (+4) ədəd

Qanadlı raket – 214 (+5) ədəd

Gəmi/kater – 15 ədəd

Nəqliyyat vasitəsi və yük maşını – 3320 (+15) ədəd

Xüsusi texnika – 109 ədəd

Baş Qərargah rus ordusunun ən böyük itkiləri Donetsk istiqamətində verdiyini bildirib.