Erməni hərbçi öldü

Ermənistanın Göyçə vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində müqavilə əsasında xidmət edən 23 yaşlı hərbçi Pavlik B. ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə Çəmbərək-Draxtik avtomobil yolunda baş verib.

Faktla bağlı araşdırma aparılır.