İsrail Suriyanı yenə raket atəşinə tutdu

İsraildən Suriyanın Hələb və Dəməşq hava limanlarına doğru raket atılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Uzlaşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, atılan 16 raketdən yalnız 3-ü vurulub.

Raket hücumunda 5 suriyalı hərbçinin yaralandığı, hərbi infrastruktura müəyyən ziyan dəydiyi bildirilib.