Bu barədə “Focus Taiwan” məlumat yayıb.
Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.