Bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir”, – nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib.
Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.