Melitopolda partlayış: Ukrayna ordusu zərbə endirir

Ukraynanın rusların işğalı altında olan Melitopol şəhərinin müxtəlif rayonlarında partlayışlar baş verir.

Bu barədə şəhər meri İvan Fyodorov Teleqram kanalında yazıb.

“İşğalçılar üçün növbəti qaynar gecə: partlayış səsi eşidilir. Torpaqlarımızı tərk etməyincə, işğalçılar hər gün cəhənnəm yaşayacaq”, – deyə o bildirib.