Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildiriıib ki, ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 14-də İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, 61 nəfər xəsarət alıb. Bundan əlavə, 6-sı İran və 1-i Rusiya vətəndaşı olmaqla 22 nəfər itkin düşüb.