Ukraynalıları təhqir edən rusiyalı zabit öldürüldü

Ukrayna əsgərləri Rusiyanın Murom rayonundan olan 27 yaşlı zabit Andrey Piçuqini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan Tvitter-də ayzıb.

Bildirilir ki, öldürülən rus zabit sosial şəbəkələrdə daim ukraynalıları təhqir edirmiş.

Rusiya mətbuatı Piçuqinin həyat yoldaşı, 3 yaşlı qızı və 6 aylıq oğlu olduğunu yazıb.

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş leytenantı olub.

Andrey Piçuqin ölümündən sonra vətənində “Cəsarət” ordeninə təqdim edilib.