Prezident ailəsi ilə birlikdə ölkəni TƏRK ETDİ

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa rəsmən istefaya getməzdən bir müddət əvvəl ölkəni tərk edib.

Bu barədə “CNN” televiziya kanalı yüksək rütbəli təhlükəsizlik xidmətinin zabitinə istinadən bildirib.

Məmurun sözlərinə görə, Q.Rajapaksa həyat yoldaşı ilə Şri-Lanka Hərbi Hava Qüvvələrinin “An-32” hərbi-nəqliyyat təyyarəsi ilə Maleyə (Maldiv adaları) uçub.

Daha əvvəl bildirilmişdi ki, Q.Rajapaksa bu həftə rəsmən istefa verəcək, parlamentarilər isə iyulun 20-də yeni prezidenti seçəcəklər.