Polşa da bu ölkə ilə bağlı sənədləri təsdiqləyib

Polşa Seymi yekdilliklə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.

Bunu Polşa Daxili Təhlükəsizlik Agentliyinin nümayəndəsi Stanislav Jarın deyib.

“Yaxşı xəbər var! Seym – Polşa parlamentinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri yekdilliklə təsdiq edib”, – Jarın qeyd edib.