Misirdə avtobus qəzası: 8 ölü, 36 yaralı

Misirin məbəd komplekslərinin yerləşdiyi Əbu Simbelə gedən magistral yolda avtobus aşıb.

Bu barədə Misir mediası məlumat yayıb.

Qəza nəticəsində 8 nəfər ölüb, 36 nəfər yaralanıb.